ABŞ-da sinaqoqa hücum edən şəxsin bölüşdüyü ismarış diqqət çəkdi

Amerika Birləşmiş Ştatlarının San Dieqo şəhərindəki  sinaqoqa hücum edən şəxsin ötən ay Yeni Zelandiyada iki məscidi qana bulayan terrorçudan nümunə götürdüyü məlum oldu.

1191577
ABŞ-da sinaqoqa hücum edən şəxsin bölüşdüyü ismarış diqqət çəkdi

Amerika Birləşmiş Ştatlarının San Dieqo şəhərindəki  sinaqoqa hücum təşkil edən şəxsin ötən ay Yeni Zelandiyada iki məscidi qana bulayan terrorçudan nümunə götürdüyü məlum oldu.

 San Dieqoda ötən gün bir nəfərin ölümünə, 3 nəfərin də yaralanmasına səbəb olan sinaqoq hücumuna görə şübhəli şəxs qismində saxlanılan 19 yaşlı Con Ernestin  (John Earnest) hadisə günü bir internet portalında bölüşdüyü ismarış diqqət çəkdi.

  ABŞ mətbuatına əks olunan xəbərlərə görə, Ernest hücumundan əvvəl "8chan" adlı internet portalında özünü “antisemit və ağdərili irqçi” kimi təsvir edərək yəhudiləri öldürmək planından bəhs edib.

  Oktyabr ayında ABŞ-ın Pittsburq şəhərində  sinagoga hücum edən şəxsi və keçən ay Yeni Zelandiyada məscidlərə hücum edən terrorçu və Adolf Hitleri "rol modeli" adlandıran Ernest bunların ona "ilham" verdiyini bildirib.

 Ernest ötən ay Kaliforniyanın Eskondido bölgəsində bir məscidi yandırdığını da etiraf edib, son hücumunu Yeni Zelandiyadakı terrorçuya həsr etdiyini vurğulayıb.

 Xəbərlərdə Ernestinin sözügedən hücumunu Yeni Zelandiyadakı terrorçu kimi sosial mediada paylaşma niyyətini yazdığı ismarışın məzmununun müvafiq sosial media platforması tərəfindən hədələyici və təcavüzkar kimi səciyyələndirilərək əngəllənməsi səbəbindən həyata keçiriə bilmədiyi də qeyd edilir.

 Digər tərəfdən, San Dieqonun şerifi Uilyam Qor (William Gore) Ernestin əslində  sinaqoqda daha böyük miqyaslı terror aktı törətməyə hazırlaşdığını, lakin  yəqin ki, silahındakı texniki problem səbəbindən böyük bir faciənin qarşısının alındığını bildirdi.

Qeyd edək  ki, ötən gün ABŞ-ın San Dieqo şəhərində sinaqoqda olan insanlara odlu silahdan atəş açılıb. Nəticədə bir nəfər həlak olub, 3 nəfər yaralanıb.

 Sözügedən hücumu "nifrət cinayəti" olaraq xarakterizə edən polis təcavüzkarı yaxalayıb və onun 19 yaşlı Con Ernest olduğunu bildirib.

 Xatırladaq ki, oktyabr ayında ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərindəki  sinaqoqa edilən silahlı hücumda 11 nəfər ölmüş, 4-ü polis olmaqla, 6 nəfər yaralanmışdı.

 15 mart 2019-ci il tarixində Yeni Zelandiyanın Kreystçörç (Christchurch) şəhərindəki Nur və Linvud məscidlərində cümə namazı zamanı  terror aktı törədilmiş, aralarında qadın və uşaqların da olduğu 50 nəfər həlak olmuş, 50 nəfər yaralanmışdı.

 

 

 



Әlaqәli Xәbәrlәr