Sudanda Prezident Şurasının yaradılması ilə bağlı razılıq əldə edildi
Sudan Hərbi Keçid Şurası və müxalifətin Azadlıq və Dəyişiklik Bəyannaməsi Qüvvələri keçid dövrünün idarəsi üçün Prezident Şurasının yaradılması ilə bağlı razılıq əldə etdilər.

Sudan Hərbi Keçid Şurası və müxalifətin Azadlıq və Dəyişiklik Bəyannaməsi Qüvvələri keçid dövrünün idarəsi üçün Prezident Şurasının yaradılması ilə bağlı razılıq əldə etdilər.
Sudan müxalifətindən olan səlahiyyətli şəxs prezident şurasının hərbçilərdən və mülki vətəndaşlardan ibarət olacağını bildirib, lakin ətraflı məlumat verməyib.
Ötən gün Hərbi Keçid Şurası və Azadlıq və Dəyişiklik Bəyannaməsi Qüvvələrinin nümayəndələri mülki vətəndaşların prezident şurasına daxil edilməsi məsələsi başda olmaqla, anlaşılmazlıq olduğu məsələlərdə razılığın əldə oluna bilinəcəyi ilə əlaqədar bəyanat vermişdi.
Qeyd edək ki, ölkədə 19 dekabrda iqtisadi böhran səbəbindən başlayan mitinqlər sürətlə paytaxt Xartum və ölkə daxilində rejimə qarşı çıxışlara çevrildi. Ordunun 11 apreldə hakimiyyəti ələ keçirməsi ilə 30 illik Ömər əl-Bəşir dövrünə son qoyuldu.