Donald Tramp: ‘‘ABŞ silah müqavilәsindәn çıxır’’

ABŞ prezidenti Donald Tramp ölkəsinin BMT Silah Ticarəti Sazişindən çıxacağını açıqlayıb.

1190835
Donald Tramp: ‘‘ABŞ silah müqavilәsindәn çıxır’’

 

ABŞ prezidenti Donald Tramp ölkəsinin BMT Silah Ticarəti Sazişindən çıxacağını açıqlayıb.

Mәlumata әsasәn,  buna səbəb olaraq sazişdəki bəzi təkliflərin ABŞ-ın maraqlarına uyğun olmadığı göstərilib.

Trampın qərarı ilə bağlı Ağ Evdən bildirilib ki, bu saziş ABŞ-ın müttəfiqlərinə silah satmasına mane olmaq üçün bir platformadır və bu səbəbdən prezident öz mövqeyini ortaya qoyub.

Qeyd edək ki, silah satışına müəyyən standartlar gətirmək üçün nəzərdə tutulan Silah Ticarəti Sazişi 2013-cü ildə 130 ölkə tərəfindən imzalanıb.

Çin, Rusiya, Şimali Koreya, İran, Suriya, Ermənistan və Misirin də aralarında olduğu 63 ölkə isə sazişə imza atmayıb.



Әlaqәli Xәbәrlәr