ABŞ Venesuelanın XİN rәhbәrinә sanksiya tәtbiq edib

ABŞ Venesuelanın xarici işlər naziri Xorxe Alberto  Arreasaya sanksiya tətbiq edib.

1190838
ABŞ Venesuelanın XİN rәhbәrinә sanksiya tәtbiq edib

 

 

ABŞ Venesuelanın xarici işlər naziri Xorxe Alberto  Arreasaya sanksiya tətbiq edib.

ABŞ-ın Maliyyә Nazirliyinin  verdiyi bəyanatda nazirlə yanaşı, hakim Karol Padilla da Venesuelada davam edən böhrana görə məsuliyyət daşıdığı bildirilir.

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin (Steven Mnuchin) Venesueladakı mövcud hökumət rəsmilərinə qarşı təzyiqləri davam etdirəcəklərini açıqlayıb.

Qeyd edәk ki, Xorxe Alberto  Arreasa 2017-ci ildә xarici işlәr naziri vәzifәsinә tәyin olunmuşdu. O, daha әvvәl Venesuelanın  Elmi vә Texnoloji İnkişaf Nazirliyi ilә  Elm, Texnologiya vә İnnovasiya Nazirliyindә çalışıb.



Әlaqәli Xәbәrlәr