Kolumbiyada etiraz aksiyası, 9 nәfәr xәsarәt alıb

Kolumbiyada keçirilәn etiraz aksiyasında 4-ü jurnalist olmaqla 9 nәfәr müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

1190275
Kolumbiyada etiraz aksiyası, 9 nәfәr xәsarәt alıb

 

Kolumbiyada keçirilәn etiraz aksiyasında 4-ü jurnalist olmaqla 9 nәfәr müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Kolumbiyada müxalifət, fəhlə təşkilatları və tələbə qrupları hökumətin milli inkişaf planına öz etirazlarını bildirmәk mәqsәdilә tәtil elan ediblәr.

Tәtil çәrçivәsindә ölkәnin paytaxtı Boqota ilә  Medellin, Cali, Kartagena, Barranquilla kimi böyük şəhərlərdə etiraz aksiyaları keçirilib.

Bogota həmkarlar ittifaqı vә  tələbə qrupları şəhərin tarixi mərkəzində Bolivar Meydanına axışıblar.

Nümayiş zamanı aksiyaçılar ilә tәhlükәsizlik qüvvәlәri arasında qarşıdurma olub. Polisin nümayişçilәrә dәyәnәk vә gözyaşardıcı qazla müdaxilә etdiyi bildirilir.

Müdaxilә nәticәsindә 4-ü jurnalist olmaqla 9 nәfәr xәsarәt alıb.



Әlaqәli Xәbәrlәr