"Ya zibillərinizi götürün, ya da sizə müharibə elan edirəm", R.Duterte

Filippin dövlət başçısı Rodriqo Duterte ölkəsinə öz zibillərini göndərən Kanadaya zibillərini geri almadıqları təqdirdə müharibə elan edəcəyini bildirdi.

1189366

  Kanada 2013-2014-cü illərdə Filippinə qanunsuz olaraq zibil yığınları göndərmiş, bu konteynerləri görən xalq şok olmuşdu.

  İllərdir Kanada zibillərini geri almadığı üçün, nəhayət Filippin başçısı Kanada təhdid etdi.

  Luzon adasında meydana gələn 6,1 gücündə zəlzələnin çox sayda ölümlərə yol açdığı Pampanqa regionunda olan Duterte buradaki çıxışında bu məsələyə də toxunaraq deyib:

  "Bir gəmi hazırlanmasını istəyirəm. Kanada zibillərini ya geri alacaq, ya da biz Kanadaya yol alaraq məişət tullantılarını ora tökəcəyik. Buna görə Kanada ilə müharibə belə edər, onları hakimiyyətdən edə bilərik. Nə olursa olsun, zibillərini özlərinə geri verəcəyəm! Baxın, görün, edirəm, ya yox".

  Xatırladaq ki, Kanadanın məişət və qeyri-məişət tullantıları ilə dolu 103 konteyneri 2013-2014-cü illər arasında aparılıb Manilaya tökülüb.

  Filippin Kanadanı 1995-ci ildə imzalanmış Təhlükəli Tullantıların Aradan Qaldırılması və Sərhəd Aşınmasına Dair Bazel Konvensiyasını pozmaqda təqsirləndirir.

Әlaqәli Xәbәrlәr