Rusiya və Şimali Koreya başçıları ilk dəfə Rusiyada bir araya gəldilər

Rusiya prezidenti Putin və Şimali Koreya başçısı Kim bir araya gəldi.

1189474
Rusiya və Şimali Koreya başçıları ilk dəfə Rusiyada bir araya gəldilər

  Rusiyanın Vladivostok şəhərində yerləşən Uzaq Şərq Federal Universitetindəki görüş ərəfəsində Vladimir Putin Şimali Koreya başçısı Kim Çen İnin (Kim Jong Un) bu səfərinin Koreya yarımadasındakı problemin həllinə və ikitərəfli əlaqələrin inkişafına xidmət edəcəyini bildirərək deyib:

  "Koreya yarımadasındakı vəziyyəti necə həll etmək, birlikdə nələri gözdən keçirmək və prosesləri yoluna qoymaq üçün edə biləcəyimizə birlikdə qərar verəcəyimizə əminəm.  

  Rəsmi Moskva Cənubi Koreyanın Şimali Koreya və Amerika Birləşmiş Ştatları ilə münasibətlərin normallaşdırma səylərindən məmnuniyyət duyur”.

  Şimali Koreya başçısı Kim də öz növbəsində bu sözləri söyləyib:

  “Koreya yarımadasındakı vəziyyət bütün dünya cəmiyyətinin diqqətini çəkir. Ümid edirəm ki, görüşlərimiz bu vəziyyəti birlikdə həll etmək və fikir mübadiləsi aparmaq üçün önəmli olacaqdır."

  Qeyd edək ki, ilk dəfədir ki, Rusiya və Şimali Koreya başçıları Rusiyada bir araya gəlir.  



Әlaqәli Xәbәrlәr