Notr-Dame kilsəsinin bərpası üçün qanun layihəsi hazırlandı

Ölkə prezidenti Emmanuel Makronun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra Avropada ən çox ziyarət edilən yerlərin başında gələn Notr-Dam kilsəsinin bərpasına yönəlik qanun layihəsinə dair yazılı açıqlama verilib.

1189455
Notr-Dame kilsəsinin bərpası üçün qanun layihəsi hazırlandı

  Fransanın paytaxtı Parisdə keçən həftə çıxan yanğında böyük zərər görən tarixi Notr-Dame kilsəsinin bərpası üçün qanun layihəsi hazırlandı.

  Ölkə prezidenti Emmanuel Makronun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra Avropada ən çox ziyarət edilən yerlərin başında gələn Notr-Dam kilsəsinin bərpasına yönəlik qanun layihəsinə dair yazılı açıqlama verilib.

  Məlumata görə, layihədə 856 illik tarixi tikilinin bərpasının 5 ilə başa çatdırılması nəzərdə tutulur.

  Kilsənin təmiri üçün 1000 avroya qədər ianə edən vətəndaşların gəlir vergisindən 75 faiz endirim ediləcək.

  Qeyd edək ki, Notr-Dam kilsəsində 15 apreldə çıxan yanğında 93 metr hündürlüyündəki qüllələrdən biri və tikilinin damı tamamilə dağılıb. Yanğına müdaxilə edən təxminən 400 yanğınsöndürənin işləri sayəsində şimal zəng qülləsi ilə əsas bina qurtarıldı.

  Baş nazir Eduard Filip yanğında yıxılan qüllələrdən birinin yenidən inşası üçün beynəlxalq memarlıq müsabiqəsi keçirəcəyini bildirib.

  Yanğının səbəbi hələlik aşkar edilməyib.



Әlaqәli Xәbәrlәr