“Anzak günü” anım mərasimləri avstraliyalıların böyük marağına səbəb oldu

Avstraliya miqyasında Çanaqqalada quruda gedən döyüşlərin 104-cü ildönümü münasibətilə keçirilən “Anzak günü” anım mərasimləri avstraliyalıların böyük marağına səbəb oldu.

1189633
“Anzak günü” anım mərasimləri avstraliyalıların böyük marağına səbəb oldu
avustralya'da anzak günü geçit töreni.jpg

Avstraliya miqyasında Çanaqqalada quruda gedən döyüşlərin 104-cü ildönümü münasibətilə keçirilən “Anzak günü” anım mərasimləri avstraliyalıların böyük marağına səbəb oldu.  

Birinci Dünya müharibəsində Osmanlı imperiyasına qarşı İngiltərə ilə birlikdə döyüşən Avstraliya və Yeni Zelandiya korpusunun (ANZAC) Gəlibolu yarımadasına əsgər çıxardığı tarix olan 25 apreldə Avstraliyada hər il olduğu kimi bu il də “Anzak günü” anım mərasimləri keçirildi.

Paytaxt Kanberra, əyalət paytaxtları və ölkə miqyasındakı bütün şəhər və qəsəbələrdə keçirilən anım mərasimlərinə qatılan yüzlərlə avstraliyalı, Gəliboluda və dünyanın müxtəlif ölkələrindəki cəbhələrdə həyatlarını itirən əsgərlərini yad etdi.

Səhər erkən saatlardakı “Şəfəq ayini”ndən sonra Melborn şəhər mərkəzindəki Anzak abidəsində keçirilən parada İkinci Dünya müharibəsində iştirak edən qazilər, qazilərin nəvələri, hərbi dəstələr, mülki və hərbi məktəb şagirdləri, tələbələrilə yanaşı Avstraliyada yaşayan Türklər qatıldı.

Paradda təqribən 2 km-lik yürüş marşrutunda Avstraliya və Türkiyə bayraqları ilə iştirak edən Türklər mərasimi izləyən avstraliyalılar tərəfindən alqışlarla qarşılandı.



Әlaqәli Xәbәrlәr