Şimali Koreya lideri Rusiyada sәfәrdәdir

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Rusiyaya gəlib.

1189084
Şimali Koreya lideri Rusiyada sәfәrdәdir

 

Koreya Xalq Demokratik Respublikasının lideri  Kim Çen In Rusiyaya gəlib.

Şimali Koreya lideri Rusiyaya zirehli qatarla səfər edib.

Şimali Koreya lideri Vladivostokda Rusiya xarici işlәr nazirinin müavini İqor Morqulov vә Qubernator Oleq Kojemyakonun rәhbәrlik etdiyi nümayәndә heyәti tәrәfindәn qarşılanıb. Mәlumata әsasәn, Kim Çem In Vladivostokda hәrbi mәrasimlә qarşılanıb.

Kim Çen In ‘‘Rossiya 24’’ telekanalına verdiyi açıqlamada sәfәrin faydalı vә uğurlu olmasını ümid etdiyini bildirib.

Kim Çen In  bildirib ki, prezident Putin ilə keçirәcәklәri görüşdә  Koreya yarımadasındakı problemləri və ikitərəfli münasibətləri müzakirə edəcəklәr.

Qeyd edәk ki, Kim Çen In  sabah Rusiya prezidenti Vladimir Putin ilə Vladivostok şəhərində bir araya gələcək.



Әlaqәli Xәbәrlәr