Rusiya ABŞ-ın İran sanksiyaları ilə bağlı qərarına reaksiya göstərdi

Rusiya Amerika Birləşmiş Ştatlarının İran neft sanksiyalarının müvəqqəti olaraq tətbiq olunmadığı 8 ölkəyə yenidən bu  imkanın verilməməsi ilə bağlı qərarını tənqid etdi.

1188731

 Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı bəyanatda ABŞ-ın bu yolla İranın ixracdan əldə etdiyi gəlirlərindən məhrum olmasına çalışdığı qeyd olunur.

 Bəyanatda: "Tehranın müstəqil siyasəti ABŞ-ı narahat edir. Çünki İran ABŞ-ın strateji əhəmiyyətə malik olan Orta Şərqdə hegemonluğunun qarşısını alır" ifadəsi işlədilir.

 ABŞ-ın qəbul etdiyi bu qərarla beynəlxalq ictimaiyyəti cəzalandırdığı vurğulanan bəyanatda deyilir: " Waşinqton bütün dünyanın onun qarşısında boyun əyməsini istəyir. Bütün ölkələr ABŞ-ın sanksiya hədəsi üzündən mayın 2-dən etibarən İrandan neft almağı dayandıracaq".

Әlaqәli Xәbәrlәr