İran və Pakistan sərhəddə birgə hərbi qüvvə yaradacaq

İran prezidenti Həsən Ruhani terrorizmlə mübarizə məqsədilə Pakistanla sərhəddə birgə hərbi qüvvə yaradacaqlarını bildirdi.

1188224
İran və Pakistan sərhəddə birgə hərbi qüvvə yaradacaq

  İran prezidenti Həsən Ruhani terrorizmlə mübarizə məqsədilə Pakistanla sərhəddə birgə hərbi qüvvə yaradacaqlarını bildirdi.

  İranın paytaxtı Tehrana gedən Pakistanın baş naziri İmran Xan tarixi Sadabat Sarayında ölkə prezidenti H.Ruhani tərəfindən rəsmi mərasimlə qarşılanıb.

  Ruhani və Xanın rəhbərliyilə heyətlərarası görüşdən sonra ölkə başçıları birgə mətbuat konfransında çıxış ediblər.  

  İran və Pakistanın birgə hərbi qüvvə quracağını bildirən Həsən Ruhani deyib:  

  “İran-Pakistan sərhədində təhlükəsizliyin təmin olunması və terrorizmlə daha səmərəli mübarizə aparılması üçün iki ölkə sərhədçiləri və xüsusi xidmət orqanlarının yer alacağı, Fövqəladə Müdaxilə Ordusu adı ilə xidmət edəcək birgə hərbi qüvvə yaradılması ilə bağlı razılaşdıq.

  İki ölkə arasındakı münasibətlərdə yeni addımlar atdıq.

  İran və Pakistan ikitərəfli münasibətləri inkişaf etdirməkdə qərarlıdır. Üçüncü tərəf bu ölkələr arasındakı dostluq və qardaşlıq münasibətlərini vura bilməz.

  Ticarət və iqtisadi münasibətlərimizlə bağlı yaxşı potensial vardır və bununçün ortaq bir komissiya da qurulacaq.

  İran Pakistanın neft ehtiyacını qarşılamağa və bundan əvvəl razılaşdırılan boru kəmərini çəkməyə hazırdır. Hazırda İran Pakistana elektrik ixrac edir. Bu ixrac yaxınlarda 10 qatına çıxacaq.

  Pakistanın Qvadar (Gwadar) və İranın Çabahar limanları arasında daha çox iş birliyinin olması tərəfdarıyıq. Qatar yolu ilə bu iki liman arasında əlaqə inkişaf etdirilə bilər.  

  Türkiyə, İran və Pakistan İqtisadi Əməkdaşlıq Təşkilatı qurulub. Bu üç ölkənin münasibətləri keçmişdə də yaxşı idi, bu gün də bu əlaqələrin inkişaf etməsini istəyirik.

  Türkiyə qatar xəttinin Pakistana qədər uzadılması və bu şəkildə Avropanın Asiya və Çinə yaxınlaşmasını arzu edirik".

  Pakistan baş naziri Xan da öz növbəsində çıxış edərək bu sözləri söyləyib:

  "Terror Pakistana çox zərər verir. Ölkədəki bütün siyasi tərəflər başqa ölkələrdə, xüsusən Əfqanıstanda da terror hücumlarının qarşısı alınsın deyə ortaq fikir birliyinə gəldik. İran ilə Pakistan Əfqanıstanda sülh və əmin-amanlığın təmin olunmasında təsirli rol oynayacaq.

  Birləşmiş Millətlər Təşkilatı bölgə xalqlarına öz müqəddəratını təyinetmə hüququ verib. Kəşmir probleminin hərbi həlli yoxdur. Əgər problem həll edilərsə, bölgədə ticarət də canlanacaq və bu, İran üçün də çox əlverişli bir zəmin yaradacaq. Çünki bu şəkildə İran Pakistan ərazisindən keçməklə Hindistana bağlana bilər".



Әlaqәli Xәbәrlәr