Patrik Şanahan F-35 mәsәlәsini qiymәtlәndirib

Amerika Birləşmiş Ştatlarının müdafiə nazirinin vəzifəsini icra edən Patrik Shanahan Türkiyəyə F-35 təyyarələrini tәhvil verdiktәn sonra  paytaxt Ankaraya sәfәr etmәk istәdiyini deyib.

1186641

Albaniya müdafiə naziri Otla Xhaçka ilә Pentaqonda bir araya gәlәn Patrik Şanahan  jurnalistlərin suallarını cavablandırıb.

Patrik Şanahan Amerika- Türk Şurasının tәşkilatçılığı ilә keçirilәn  37-ci İllik Konfrans çərçivəsində Vaşinqtona sәfәr edәn Türkiyәnin milli müdafiә naziri Hulusi Akarla keçirdiyi görüşü qiymәtlәndirib.  

"Görüşdә  mövqelərdən çox mənfəətlərə diqqət yetirdik" - deyə Patrik Şanahan qeyd edib.

Shanahan iki ölkə arasındakı münasibətlərdə irәlilәyişin olduğunu bildirib.

Türkiyənin strateji tərəfdaş olduğunu ifadə edən ABŞ müdafiə nazirinin vəzifəsini icra edən Patrik Shanahan deyib: ‘‘ Hulusi Akarla görüşdüyüm üçün çox şad oldum. Türkiyəyə F-35 təyyarələrini tәhvil verdiktәn sonra Hulusi Akarla görüşmәk istәyirәm’’.

Bu arada Suriyanın şimalında yaradılması planlaşdırılan təhlükəsiz bölgə mәsәlәsi gündəmdəki yerini qoruyur.

Pentaqon sözçüsü Çarlz Sammers tәhlükәsiz bölgә mәsәlәsi ilә bağlı  Türkiyə ilə intensiv şəkildə davam etdikləri görüşlərin səmərəli keçdiyini söylədi.

Әlaqәli Xәbәrlәr