Donald Tramp: ""Bu, mənim prezidentliyimin sonudur"

Rusiya istintaqına 2017-ci ilin may ayında xüsusi səlahiyyətli prokuror olaraq Robert Müllerin (Robert Mueller) təyin olunduğunu öyrənən ABŞ prezidenti Donald Trampın: "Bu, mənim prezidentliyimin sonudur" dediyi ortaya çıxıb.

1186653

Prokuror  Müllerin yayımladığı istintaq hesabatı ABŞ prezidenti Donald Trampın Müllerin göndərməsini öyrəndikdə çox qorxduğunu ortaya qoyub.

ABŞ Ədliyyə Nazirliyinin internet səhifəsində dərc olunan təxminən 400 səhifəlik hesabat ölkə ictimaiyyətinin diqqətini çəkib.

 Trampın 2017-ci ilin may ayında xüsusi səlahiyyətli prokuror olaraq Müllerin təyin edildiyini öyrəndikdə: "Aman Tanrım. Bu, çox pisdir. Bu mənim prezidentliyimin sonudur. Bitdim. Bu istintaq illərlə davam edər və mən heç bir şey edə bilmərəm. Bu, başıma gələn ən pis şeydir" ifadələrini işlətdiyi qeyd edilib.

Həmçinin hesabatda Trampın dövrün ABŞ ədliyyə naziri Ceff Sessionsa da bu məsələdə çox reaksiya göstərdiyi və "Bunun olmasına necə icazə verərsən, Ceff? Sənin vəzifən məni qorumaq deyilmi?" şəklində məzəmmət etdiyi qeyd edilib.

ABŞ ədliyyə naziri William Barr dünən səhər saatlarında verdiyi açıqlamada Muellerın ABŞ prezidenti Tramp və ya onun seçki qrupu ilə ruslar arasında gizli əməkdaşlıq aparıldığına dair dəlil olmadığı nəticəsinə gəldiyini bildirib.

Әlaqәli Xәbәrlәr