Cənubi Afrikada Pasxa ayinləri zamanı kilsə çökdü, 13 nəfər həlak oldu

Cənubi Afrikada Pasxa ayinləri yerinə yetirilən zaman kilsə binasının bir hissəsinin çökməsi nəticəsində azı 13 nəfər həlak odu.

1186582
Cənubi Afrikada Pasxa ayinləri zamanı kilsə çökdü, 13 nəfər həlak oldu

Cənubi Afrikada Pasxa ayinləri yerinə yetirilən zaman kilsə binasının bir hissəsinin çökməsi nəticəsində azı 13 nəfər həlak oldu.

Yerli "News24" portalının məlumatına görə, hadisə cümə gününə keçən gecə ölkənin şərqindəki Kvazulu-Natal əyalətində baş verib. 

Vilayətin Təcili Tibbi Yardım Xidmətinin nümayəndəsi Robert Makkenzinin sözlərinə görə, çökmə hadisəsinə vilayətin şimalında uzun müddətdir yağan leysan yağışı səbəb ola bilər.

Qeyd olunur ki, hadisə nəticəsində azı 16 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 6-nın vəziyyəti ağırdır.



Әlaqәli Xәbәrlәr