Burundinin paytaxtında yeni ibadətgah açılmasına qadağa qoyuldu

Burundidə ölkənin ən böyük şəhəri və keçmiş paytaxtı olan Bujumburada yeni ibadətgah açılmasına qadağa qoyuldu.

1186210
Burundinin paytaxtında yeni ibadətgah açılmasına qadağa qoyuldu

Burundidə ölkənin ən böyük şəhəri və keçmiş paytaxtı olan Bujumburada yeni ibadətgah açılmasına qadağa qoyuldu.

Burundi  Daxili İşlər Nazirliyi bununla bağlı açıqlama yaydı.

Açıqlamada Bujumburada artıq məscid və kilsə açılmayacağı, yeni ibadətgah açmaq istəyən dini təşkilatların əyalətlərdəki yaşayış şəhərlərini seçə biləcəkləri bildirilir.

 Din xadimləri isə məsələ ilə bağlı hələ ki, bir açıqlama verməyiblər.

Son zamanlar ölkədə protestant kilsələrinin sayı sürətlə artır.

 Xüsusilə, təxminən 2 milyon əhalisi olan Bujumburada son zamanlar protestant kilsələri çoxalıb.

 Burundidə əhalinin 80%-ni xristianlar, 10%-ni isə müsəlmanlar təşkil edir.

İlin əvvəlində edilən dəyişikliklə ölkənin siyasi paytaxtı Giteqa olub.


Etiketlәr: #Burundi , #ibadətgah , #qadağa

Әlaqәli Xәbәrlәr