Portuqaliyada 29 turist avtobus qəzası nəticəsində öldü, ölkədə 3 günlük matəm elan olundu

Portuqaliyanın Madeyra adasında turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 29 nəfər ölüb.

1185965
Portuqaliyada 29 turist avtobus qəzası nəticəsində öldü, ölkədə 3 günlük matəm elan olundu

Portuqaliyanın Madeyra adasında turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 29 nəfər ölüb.

Bildirilir ki, avtobus sürücüsü dağ yolunda idarəetməni itirib və yol kənarında olan binaya çırpılıb.

Santa Kruz Bələdiyyəsinin sədri Filipei Sousa "RTP3" televiiziya kanalına verdiyi açıqlamada qəzada 11-i kişi və 18-si qadın olmaqla 29 alman turistin həyatını itirdiyini, portuqaliyalı sürücüsü və turist rəhbərinin isə yüngül yaralındığını bildirib. 

Portuqaliya prezidenti Marselo Rebelo de Sousanın qəzadan sonra Madeira adasına getdiyi açıqlanıb.

Portuqaliyanın Nazirlər Şurası Madeyra adasında turist avtobusunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

 



Әlaqәli Xәbәrlәr