Hökuməti qurmaq yenə ona tapşırıldı

İsrail konstitusiyasına görə, koalisiya hökuməti 28 gün ərzində qurulmalıdır.

1185467
Hökuməti qurmaq yenə ona tapşırıldı

  İsrail prezidenti Reuven Rivlin parlament seçkilərində partiyası birinci olan baş nazir Binyamin Netanyahuya koalisiya hökumətini qurma vəzifəsini verdi.

  Prezident İqamətgahında Netanyahunu qəbul edən Rivlin parlamentə daxil olan və bütün sağ partiyaların dəstəyini alan Netanyahuya yeni koalisiya hökumətini qurmağı tapşırdı.

  Xatırladaq ki, ölkədə 9 apreldə keçirilən parlament seçkilərində heç bir partiya 120 yerdən lazım olan 61 sayına çatmadığı üçün İsrail prezidenti parlamentə daxil olan ayrı-ayrı partiyaların nümayəndələri ilə görüşmüş, onlardan kimin rəhbərliyindəki koalisiya hökumətində yer almaq istədiklərini soruşmuşdu. Yeni parlamentdə 5 sağ görüşlü partiya Netanyahunun rəhbərliyindəki koalisiya hökumətində yer almaq istədiklərini bildirmişdi.

  Beləliklə, seçkilərdə birinci olan Likudun partiyasının 35 deputatı ilə birlikdə digər sağ partiyaların da dəstəyini alan Netanyahu koalisiya hökumətini qurmaq üçün lazım olan 61 yer sayını keçmiş sayılır. Koalisiya hökuməti qura bilərsə, o, 5-ci dəfə İsrailin baş naziri olacaq.  

  İsrail konstitusiyasına görə, koalisiya hökuməti 28 gün ərzində qurulmalıdır. Partiya lideri tələb edərsə, ona 2 həftə əlavə olaraq vaxt verilə bilər.



Әlaqәli Xәbәrlәr