ABŞ xəritələrində Qolan təpələri İsrail torpağı olaraq göstərildi

ABŞ prezidenti Donald Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Jason Greenblatt "Twitter"dəki hesabından Qolan təpələrini İsrail torpağı olaraq göstərən bir xəritəni bölüşdü.

1185273
ABŞ xəritələrində Qolan təpələri İsrail torpağı olaraq göstərildi

Amerika Birləşmiş Ştatları xəritələrində Qolan təpələrini İsrail torpağı olaraq göstərdi.
 
 ABŞ prezidenti Donald Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt (Jason Greenblatt) "Twitter" hesabından Qolan təpələrini İsrail torpağı olaraq göstərən bir xəritəni bölüşdü.
 
Qrinblatt: "Trampın Qolan təpələri üzərində İsrailin hakimiyyətini tanıyan bir bəyanat verməsindən sonra beynəlxalq xəritə sistemimizdəki yeni əlavəyə xoş gəldiniz" ifadələrini işlətdi.
 
 Qeyd edək ki, ABŞ prezidenti Tramp martın 25-də Ağ Evdə İsrail baş naziri Binyamin Netanyahu ilə keçirdiyi görüşdə Qolan təpələri üzərində İsrailin hakimiyyətinin ABŞ tərəfindən rəsmən tanınmasına dair fərman imzalayıb.
 
 İsrail Suriya ərazisi olan Qolan təpələrini 1967-ci ildə etibarən işğal altında saxlayır.
 İsrail baş naziri Binyamin Netanyahu seçkilərdə qalib gəlməsi və yenidən baş nazir seçilməsi halında İordan çayının işğal altındakı qərb sahilində qeyri-qanuni olaraq salınmış yəhudi yaşayış məntəqələrini İsrail torpaqlarına qatacağını açıqlamışdı. 
İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının qərb sahilindəki 250-yə yaxın qeyri-qanuni yəhudi yaşayış məntəqəsində 400 mindən çox yəhudi yaşayır.
 
 Beynəlxalq hüquqa əsasən işğal altındakı torpaqlarda bütün yəhudi yaşayış məntəqələri qeyri-qanunidir.



Әlaqәli Xәbәrlәr