Riç Outzen: "ABŞ Suriyadan yürütdüyü siyasətə görə çıxmır, sadəcə hərbçilərini çıxarır"

Amerika Birləşmiş Ştatları  Dövlət departamentinin Suriya əməliyyatları üzrə baş müşaviri  Riç Outzen Suriyanın şimalında təhlükəsiz zonadakı fəaliyyətlərin doğru bir şəkildə həyata keçirilməsi halında YPG/PKK-nın buradan çıxarılacağını bildirdi.

1184371
Riç Outzen: "ABŞ Suriyadan yürütdüyü siyasətə görə çıxmır, sadəcə hərbçilərini çıxarır"

Amerika Birləşmiş Ştatları  Dövlət departamentinin Suriya əməliyyatları üzrə baş müşaviri, ehtiyatda olan polkovnik  Riç Outzen (Rich Outzen) Suriyanın şimalında təhlükəsiz zonadakı fəaliyyətlərin doğru bir şəkildə həyata keçirilməsi halında separatçı terror təşkilatı YPG/PKK-nın buradan çıxarılacağını bildirdi.
 
 Outzen bunu Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu Vaşinqton Ofisi (SEDA DC) tərəfindən təşkil olunan "Suriyada ABŞ-Türkiyə Əməkdaşlığındakı Çətinliklər" mövzulu paneldə çıxış edərkən söylədi.
 
 Suriyada Türkiyə-ABŞ əməkdaşlığının uğursuzluğunu heç kimin görmək istəmədiyini bildirən Outzen ABŞ-ın YPG/PKK ilə olan əlaqəsini DEAŞ ilə mübarizədə bir vasitə kimi səciyyələndirdi.
 
 ABŞ-ın Suriyadan hərbçilərini çıxarma qərarının əməliyyat xarakteri daşıdığını və ABŞ əsgərinin ən başından bəri DEAŞ ilə mübarizə üçün orada olduğunu deyən Outzen Suriyadan çəkilmənin nə vaxt olacağının isə beynəlxalq koalisiyanın ABŞ çəkildikdən sonra nə qədər dəstək verəcəyindən və təhlükəsiz zonanın yaradılması kimi bir çox regional amildən asılı olduğunu ifadə etdi.
 
 Outzen: "ABŞ Suriyadan yürütdüyü siyasətə görə çıxmır, sadəcə hərbçilərini çıxarır" dedi.
 
 Outzen ABŞ və Türkiyə arasında ən böyük anlaşılmazlıq kimi səciyyələndirdiyi Fərat çayının şərqi məsələsi ilə bağlı bunları söylədi: "Ərəblərin sıx şəkildə yaşadığı yerlərdə yerli təhlükəsizlik qüvvələri də ərəb olmalıdır. Bu məsələdə ABŞ və Türkiyə həmfikirdir. Türkiyənin sərhədindəki YPG/PKK üzvü olan terrorçulara qarşı çox güclü və məntiqli bir etirazı var. Sərhəd bölgəsinin tarixinə, YPG ilə PKK arasındakı əlaqəyə və PKK-nın illərdir Türkiyəyə qarşı apardığı kampaniyaya nəzər saldıqda, bu arqumentə bir az rəğbət göstərməyimiz yerinə düşər" dedi.
 
Suriyanı şimalının YPG/PKK-dan təmizlənməsi məsələsinə toxunan Outzen: "Təhlükəsiz zonadakı fəaliyyətlərin doğru bir şəkildə həyata keçirilməsini təmin etsək, YPG/PKK-nı sərhəddən çıxaracağıq və ağır silahlar da çıxarılmış olacaq" dedi.
 
 Suriyanın şimal-şərqində yeni bir xəritə yaratmağa çalışmadıqlarını qeyd edən Outzen sağlam, birləşmiş və demokratik bir Suriya görmək istədiklərini sözlərinə əlavə etdi.
 
Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (SETA) baş koordinatoru professor Bürhanəddin Duran isə Suriya-Türkiyə sərhədinin YPG/PKK-dan təmizlənməsinin və təhlükəsiz zonanın Türkiyə üçün kritik əhəmiyyət kəsb etdiyini bildirərək, Türkiyənin YPG/PKK-dan irəli gələcək heç bir təhlükəni qəbul etməyəcəyini ifadə etdi.
 
 
 



Әlaqәli Xәbәrlәr