Qızılca dörd dəfə artıb

Beynəlxalq Səhiyyə Təşkilatının yeni hesabatında dünyada qızılcanın artdığına diqqət çəkilib. Hesabatda bildirilir...

1184281
Qızılca dörd dəfə artıb

  Dünya üzrə qızılca bu ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə artıb.

  Beynəlxalq Səhiyyə Təşkilatının yeni hesabatında dünyada qızılcanın artdığına diqqət çəkilib.

  Hesabatda bildirilir:

  “Bir çox ölkədə qızılca epidemiya kimi ortaya çıxır. Məsələn, Konqo Demokratik Respublikası, Efiopiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Madaqaskar, Myanma, Filippin, Sudan, Tailand və Ukrayna kimi ölkələrdə qızılca, başda uşaqlar olmaqla, böyüklərin də ölümünə səbəb olur.

  Qızılca son dərəcə ağır və yoluxucu xəstəliklərdən biridir. 2017-ci il statistikasına görə, təxminən 110 min nəfər qızılcadan dünyasını dəyişib.

  Yüksək gəlirli ölkələrdə qızılca olanlar xəstəxanaya yatırılır.

  Qızılca beyni zədələyir, korluq və karlıq kimi həyat boyu əlillik yarada bilir.  

  Dünya üzrə qızılca olanların sayı bu ilin ilk 3 ayında 170 ölkədə 112 min 163-ə çatıb. Ötən ilin eyni dövründə qızılca sayı 163 ölkədə 28 min 124 nəfər olub. Beləliklə, qızılca 2018-ci ilin eyni dövrülə müqayisədə 4 dəfə artıb.

  Qızılca xəstələri Afrikada 700, Avropada 300, Şərqi Aralıq dənizində 100, Amerika qitəsində 60, Cənub-Şərqi Asiya və Qərbi Sakit okeanda 40 faiz artıb.

  Bunlar qeydiyyata düşən rəqəmlərdir, yəqin ki, həqiqi say açıqlananlardan daha çoxdur.

  Qızdırma, halsızlıq, öskürək, burunaxma, gözlərdə qızartı ilə başlayan və sonra səpmə ilə davam edən qızılca qulaq infeksiyası, qarınişləmə, pnevmoniya, beyin zədəsi və ölümə səbəb ola bilir."  



Әlaqәli Xәbәrlәr