İsrail әsgәrlәri 4-ü uşaq olmaqla 12 fәlәstinlini dә saxlayıb

Bu barәdә yerli mәnbәlәrdәn  verilәn mәlumatda bildirilib.

1184352
İsrail әsgәrlәri 4-ü uşaq olmaqla 12 fәlәstinlini dә saxlayıb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindә vә Şәrqi Qüdsdә  4-ü uşaq olmaqla 12  fələstinlini həbs edib.

Bu barәdә yerli mәnbәlәrdәn  verilәn mәlumatda bildirilib.

Məlumata görə, Şәrqi Qüds vә  İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә 12  fәlәstinlini saxlanılıb.

Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb. Saxlanılan uşaqların 14.15 vә 16 yaşlarında  olduqları bildirilir.

İşğal altındakı Şәrqi Qüds vә  İordan çayının qәrb sahillilindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.

Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək  fәlәstinli mәhbus var.

Qeyd edәk ki, fələstinlilər 2018-ci ilin 30 mart tarixindәn  etibarәn işğal  altındakı Qəzza zolağında  ‘‘milyonluq yürüş’’ adı altında mitinqlәr keçirir.

İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına geri qayıtmağı və 2006-cı ildәn  bəri Qəzzaya tətbiq olunan hüquqsuz blokadanın götürülməsini tələb edən dinc əhaliyə həqiqi güllələrlə hücum edir.

İsrail əsgərlərinin  martın 30-dan etibarәn keçirilәn aksiyalara müdaxilәsi nәticәsindә  çox sayda  fәlәstinli şәhid olub, minlәrlә fәlәstinli isә yaralanıb



Әlaqәli Xәbәrlәr