Almaniya prezidenti Avropa xalqına Notr- Dam kilsəsi ilə bağlı müraciət etdi

Almaniya prezidenti Frank-Uolter Ştaynmayer (Frank-Walter Steinmeier) Almaniya və Avropa xalqından dünən çıxan yanğında böyük zərər görən Fransanın paytaxtı Parisdəki Notr- Dam kilsənin yenidən inşasını dəstəkləmələrini istədi.

1184458
Almaniya prezidenti Avropa xalqına Notr- Dam kilsəsi ilə bağlı müraciət etdi

 Qırğızıstan Prezidenti Sooronbay Ceenbekov Almaniyada rəsmi səfərdədir. 
 
 Almaniya prezidenti Frank-Uolter Ştaynmayer (Frank-Walter Steinmeier) Ceenbekovu paytaxtı Berlindəki Belvyu (Bellevue) sarayının qapısında qarşıladı.
 
 Sarayın həyətində hərbi mərasim keçirildi, sonra prezidentlərin mətbuata qapalı görüşü baş tutdu.
 
 Bu arada, Almaniya prezidenti Fransanın paytaxtı Parisdəki Notr- Dam kilsəsinin yanğında böyük ölçüdə zərər görməsinə dair bəyanat verdi.
 
 Parisdəki görüntülərdən sarsıldıqlarını bildirən Ştaynmayer: "Fransa tək deyil. Notr-Dam yalnız bir fransız kilsəsi deyil, Avropa mədəniyyətinin böyük bir irsidir" ifadəsini işlətdi.
 
 Fransa prezidenti Emmanuel Makronun Notr- Damın yenidən inşa edilməsi ilə bağlı avropalılara müraciət etdiyini xatırladan Şteynmayer Almaniya və Avropa xalqından Notr- Damın yenidən inşasını dəstəkləmələrini xahiş etdi.
 
Şteynmayer Notr- Damın Avropa mədəniyyətinin simvolu olduğunu dedi.
 
 Digər tərəfdən, Qırğızıstan Prezidenti Sooronbay Ceenbekov bu gün Almaniya kansleri Angela Merkel ilə də görüşəcək.



Әlaqәli Xәbәrlәr