“2020-ci ildə Trampın yenidən seçilməsi faciə olar”: Bill Veld

ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərində Massachusetts ştatının keçmiş qubernatoru Bill Veld Respublikaçı Partiyanın namizədi olacağını açıqladı.

1184117
“2020-ci ildə Trampın yenidən seçilməsi faciə olar”: Bill Veld

Veld, ABŞ prezidenti Donald Trampa rəqib ilk Respublikaçı namizəd oldu.

73 yaşlı Veld CNN telekanalına açıqlamasında: “Trampın 2020-ci ildə yenidən seçilməsi və daha 6 il Ağ Evdə qalması siyasi faciə olar”. ABŞ-ın gələcəyindən qayğılanıram. Bu yarışa qatılmamaq vijdanən məni narahat edər. Respublika Partiyası namizədliyimi qəbul etməsə müstəqil namizəd olaraq yarışacağam.

Gallup qlobal tədqiqat şirkətinin sorğusuna görə, ABŞ prezidenti Trampa Respublikaçılar arasında dəstək 90%-dir.

1991-1997-ci illərdə Massachusetts ştatının qubernator olan Veld 2016-cı ildə keçirilən prezident seçkilərində yarışan Libertarian Partiyasının namizədi Gary Johnsonun vitse-prezidenti olmuşdu.



Әlaqәli Xәbәrlәr