Liviyada helikopter düşürüldü

Liviyadakı Milli Həmrəylik Hökumətinə (MHH) sadiq qüvvələr paytaxt Tripolinin cənubunda general Xəlifə Hafterə məxsus bir döyüş təyyarəsini düşürdüklərini bildirib.

1183107
Liviyada helikopter düşürüldü

Liviyadakı Milli Həmrəylik Hökumətinə (MHH) sadiq qüvvələr paytaxt Tripolinin cənubunda general Xəlifə Hafterə məxsus bir döyüş təyyarəsini düşürdüklərini bildirib.

Milli Həmrəylik Hökumətinin həyata keçirdiyi "Burkan əl-Qadab" (Qəzəb Vulkanı) əməliyyatına məxsus sosial şəbəkədə yer alan açıqlamada MHH qüvvələrinin Tripolinin cənubunda Dərə er-Rabi bölgesində general Xəlifə Hafterə məxsus bir döyüş təyyarəsi düşürdüyü qeyd olunub.

 Açıqlamada pilotun vəziyyətinə dair məlumat verilməyib.

Digər tərəfdən Hafterə sadiq qüvvələrdən ibarət 25 nəfərdən təşkil tapan silahlı qrupun maşırnları ilə MHH-nə sadiq qüvvələrə təslim olduğu bildirilib.

 Liviyanın şərqindəki hərbi qüvvələrin rəhbəri general Xəlifə Hafter paytaxt Tripoli ələ keçirmək üçün 4 apreldə hücum əmri vermiş, bunun qarşısında MHH qüvvələri də ""Burkan əl-Qadab" əməliyyatını keçirməyə başlamışdı.

 Beynəlxalq Səhiyyə Təşkilatı (WHO) Liviyada 10 gündür davam edən toqquşmalarda ölü sayının 121, yaralıların da 561-ə çıxdığını açıqlayıb.

Ölkə legitimliyilə bağlı böhranının 2011-ci ildən bəridir davam etdiyi Liviyada beynəlxalq miqyasda rəsmiyyətdə tanınmış Milli Həmrəylik Hökumətinin qoşunları ilə Hafterə sadiq qüvvələr arasında qarşıdurmalar baş verir.



Әlaqәli Xәbәrlәr