İsveçdə irqçilər "Bütün müsəlmanları öldürün" ismarışını yaydılar

İsveçdə irqçilər hökumətin ən böyük tərəfdaşı olan Sosial Demokrat Partiyasının "Twitter" hesabını ələ keçirərək "Bütün müsəlmanları öldürün" ismarışını yaydılar.

1183635

Sosial Demokrat Partiyası bu barədə məlumat yaydı.

Məlumatda 850 minə yaxın istifadəçisi olan "Twitter" hesabının yerli vaxtla 02.00 radələrində  irqçilər tərəfindən ələ keçirildiyi və saat 09.30-da nəzarət altına alındığı bildirildi.
 
 İrqçilər hesab vasitəsilə "Bütün müsəlmanları öldürün" ismarışı ilə yanaşı İsveçin baş naziri və Sosial Demokrat Partiyasının lideri Stefan Löfvenin təqaüdə çıxması və hərbi birlikdə leytenant olaraq vəzifəyə başlaması ilə bağlı da ismarışlar bölüşüblər, narkotik maddələrin sərbəst satışına aid "tweet"lər də atıblar.
 
 Partiyanın mətbuat katibi Asa Söderen bu ismarışların onlarla heç bir əlaqəsi olmadığını və məsələ ilə əlaqədar məhkəməyə müraciət etdiklərini bildirdi.

Әlaqәli Xәbәrlәr