“İrqçi  qruplar ittifaq yaradırlar”,T.Haldenvanq

Almaniyanan Daxili Kəşfiyyat Xidmətinin rəhbəri Tomas Haldenvanq fərqli irqçi qruplar arasında güclü şəbəkə yaradıldığını müşahidə etdiklərini bildirib.

1183152
“İrqçi  qruplar ittifaq yaradırlar”,T.Haldenvanq

Haldenvanq "Welt am Sonntag" qəzetinə müsahibəsində: “Son illərdə cərəyan edən proseslər irqçi qruplaşmalara qarşı daha ciddi tədbirlər həyata keçirməğin zərurətini göz önünə sərir. Müxtəlif irqçi qruplar arasında güclü cinayət şəbəkələrinin yaradıldığını müşahidə edirik”deyib.

Terror təşkilatı DEAŞ mövzusuna da toxunan Haldenvanq qruplaşmanın Suriya və İraqda gizli mövcudluğunun davam etdiyini bildirib, təşkilat ilə əlaqəli təhlükənin sona çatdığını ifadə etməğin səhv olacağını, bu səbəblə lazımlı tədbirlər həyata keçirməkdən imtina edilməməsinin lazım gəldiyini vurğulayıb.

 Haldenvanq İrqçilər və terrorçular bir-birləri ilə əlaqə yaratmağın yollarını yaxşı bilirlər və internet vasitəsiylə ünsiyyət imkanlarını gücləndirdiklərini, bu cinayət şəbəkələrinin atdıqları addımlara biganə qalmamağın və beynəlxalq qanunlarda bəzi islahatların həyata keçirilməsinin lazım gəldiyini sözlərinə əlaqə verib.



Әlaqәli Xәbәrlәr