ABŞ-da qasırğa və güclü fırtına nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Daha əvvəl Texas ştatında təbii fəlakət nəticəsində iki uşağın öldüyü xəbər verilmişdi.

1183159
ABŞ-da qasırğa və güclü fırtına nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

ABŞ-ın cənub ştatlarında qasırğa və güclü fırtına nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Daha əvvəl Texas ştatında təbii fəlakət nəticəsində iki uşağın öldüyü xəbər verilmişdi.

Qasırğanın əsas hissəsi Texas, Luiziana, Missisipi və Alabama ştatları ərazisindən keçib. Onlarla şəxsin zərər çəkdiyi bildirilib.

Texasın şəhərlərindən birində azı 25 nəfər xəsarət alıb ki, onlardan da, 8 nəfəri kritik vəziyyətdədir. Daha 19 nəfər Missisipidə xəsarət alıb.

Təqribən 100 ev və kommersiya binası elektrik enerjisiz qalıb, bir neçə nəfər itkin düşmüş hesab olunur.



Әlaqәli Xәbәrlәr