Fransada “sarı jiletlilər” və dəstəkçiləri yenidən etiraza qalxdılar

Fransada “sarı jiletlilər” prezident Emmanuel Makron rəhbərliyinə qarşı etirazlarını bildirmək üçün aprelin 13-də yenidən küçələrə çıxıblar.

1182804
Fransada “sarı jiletlilər” və dəstəkçiləri yenidən etiraza qalxdılar

  Fransada “sarı jiletlilər” prezident Emmanuel Makron rəhbərliyinə qarşı etirazlarını bildirmək üçün aprelin 13-də yenidən küçələrə çıxıblar.

  Parisdəki Milli (Nation) meydanda toplanan nümayişçilər Respublika (Republique) meydanına qədər yüyürüb.

  Polisin etirazçılara bibər qazından istifadə etdiyi aksiyada 15 nəfər nəzarətə götürülüb.

  İfrat solçu Boyun Əyməyən Fransa Hərəkatının lideri Jan Lük Melenşon (Jean-Luc Melenchon) aksiyaya qoşularaq “sarı jiletlilər”ə dəstək verib.

  Polis Yelisey (Champs-Elysees) və Şarl de Qoll Etual (Charles de Gaulle Etoile) meydanlarını əhatə edən küçələrlə Yelisey sarayı və parlament binası üçün geniş təhlükəsizlik tədbirləri görüb.

  Lill (Lille), Lion (Lyon) və Tuluza (Toulouse) şəhərlərinin mərkəzlərində də mitinq keçirilməsinə icazə verilməyib.

  Tuluzada aksiya qadağasına cavab olaraq xidməti maşına od vurulub.

  Polisin bibər qazı sıxdığı aksiyada 23 nəfər həbs olunub, 2 nəfər ağır yaralanıb.

  Tuluza şəhərinin meri Jan-Lük Müdenk (Jean-Luc Moudenc) sosial media hesabından verdiyi açıqlamada mitinqdəki zorakılıq hadisələrinə qarşı olduğunu bildirib.

  Bordo (Bordeaux), Marsel (Marsilya), Strasburq (Strazburg) və Monpelye (Montpellier) kimi şəhərlərdə də nümayişlər keçirilib.

  Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə miqyasında keçirilən aksiyalarda 31 min nəfər, “sarı jiletlilər”ə dəstək üçünsə 80 min 500 nəfər iştirak edib.

  Xatırladaq ki, “sarı jiletlilər”in etirazları 18 noyabr 2018-ci ildən bu yana sürür.

  Hökumətin paylaşdığı məlumata rəqəmlərə görə, nümayişlərdə indiyə qədər 11 nəfər həyatını itirib, 2 mindən artıq adam yaralanıb, 8400-dən çoxu nəzarətə götürülüb, minə yaxını isə həbs olunub.



Әlaqәli Xәbәrlәr