Taliban Kunduz şәhәrinә hücum etdi, altı nәfәr hәlak oldu

Bu barәdә Kunduz şәhәrinin Polis İdarәsinin mәtbuat katibi Enamuddin Rahmani mәlumat verib.

1182641
Taliban Kunduz şәhәrinә hücum etdi, altı nәfәr hәlak oldu

 

Taliban üzvlәrinin Әfqanıstanın Kunduz şәhәrinә tәşkil etdiyi hücum nәticәsindә 6 nәfәr hәlak olub.

Bu barәdә Kunduz şәhәrinin Polis İdarәsinin mәtbuat katibi Enamuddin Rahmani mәlumat verib. O, Taliban üzvlәrinin Kunduz şәhәrinә hücum etdiyini bildirib.

Rahmani tәhlükәsizlik qüvvәlәri ilә Taliban üzvlәri arasında qarşıdurmanın olduğunu vә hәr iki tәrәfin dә itki verdiyi qeyd edib.

Hadisә nәticәsindә 36 nәfәrin dә müxtәlif dәrәcәli xәsarәtlәr aldığı vurğulanıb.

Şahidlәrin mәlumatına görә, hücum nәticәsindә bәzi polis mәntәqәlәri tәşkilat üzvlәrinin nәzarәtinә keçib.



Әlaqәli Xәbәrlәr