BMT Tәhlükәsizlik Şurası Sudanla bağlı qapalı iclas keçirib

Almaniyanın BMT-dәki daimi nümayәndәsi   Kristof  Heusqen BMT Tәhlükәsizlik Şurasının Sudandakı proseslәri izlәmәyә davam edәcәyini deyib.

1182554
BMT Tәhlükәsizlik Şurası Sudanla bağlı qapalı iclas keçirib

 

Almaniyanın BMT-dәki daimi nümayәndәsi   Kristof  Heusqen BMT Tәhlükәsizlik Şurasının Sudandakı proseslәri izlәmәyә davam edәcәyini deyib.

BMT Təhlükəsizlik Şurası  Amerika Birləşmiş Ştatları və şuraya üzv 5 Avropa ölkәsinin tәlәbi ilə qapalı iclas keçirib.

İclasdan sonra Kristof  Heusqen bәyanat verib.

Kristof  Heusqen  BMT Təhlükəsizlik Şurasının Sudandakı vəziyyəti izləməyə davam edəcəyini bildirib. O, hәmçinin qeyd edib ki, BMT Tәhlükәsizlik Şurası Sudandakı vәziyyәtә görә  bazar ertəsi günü yenidən iclas keçirәcәk.

Bütün tərəflərə təmkinli olmaları ilә bağlı çağırış edən Kristof Heusqen problemlәrin sülh yolu ilә hәll edilәcәyinә inandıqlarını deyib.

Kristof  Heusqen  qeyd edib ki, həll yolu  dəyişiklik istəyən Sudan xalqının iradəsini əks etdirməlidir.

Küveytin BMT-dәki daimi nümayəndəsi Mansour əl- Otaibi də  şuranın Sudandakı vəziyyəti izləyəcəyini, ancaq hazırda bu mәsәlә ilә bağlı açıqlama verməyəcəyini deyib.

Otaibi  bu vəziyyətin Sudanın daxili məsələsi olduğunu və müdaxilə edilməməsinin vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr