Filippindә qarşıdurma, 9 terrorçu zәrәrsizlәşdirilib
Yerli media orqanlarının yaydığı mәlumata әsasәn, Sulu şәhәrinin iki bölgәsindә әsgәrlәr ilә Әbu Seyyaf terrorçuları arasında qarşıdurma yaşanıb. Qarşıdurma nәticәsindә 9 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.

Filippinin şәrqindә ordu Әbu Seyyaf tәşkilatına üzv 9 terrorçunu zәrәrsizlәşdirib.
Yerli media orqanlarının yaydığı mәlumata әsasәn, Sulu şәhәrinin iki bölgәsindә әsgәrlәr ilә Әbu Seyyaf terrorçuları arasında qarşıdurma yaşanıb. Qarşıdurma nәticәsindә 9 terrorçunun zәrәrsizlәşdirildiyi bildirilib.
Qarşıdurma zamanı hәmçinin 19 terrorçunun da yaralı olaraq әlә keçirildiyi vurğulanıb.
Qeyd edәk ki, bölgәdә Әbu Seyyaf terrorçuları ilә ordu qüvvәlәri arasında aprelin 5-dә baş verәn qarşıdurma nәticәsindә 3 әsgәr hәlak olmuşdu, 4 terrorçu öldürülmüşdü.
Malayziya vә Filippin arasındakı adalarda 1991-ci ildәn etibarәn öz mövcudluğunu davam etdirәn Әbu Seyyaf tәşkilatı vaxtaşırı hücumlar törәdir.
Mәlumata әsasәn, tәşkilatın niyyәti Filippinin cәnubunda Mindanao vә Suda dövlәtlәrini qurmaqdır. Tәşkilat bu sәbәblә tez-tez zorakılıq hadisәlәri törәdir.