Taliban hücum etdi, 8 nәfәr hәlak oldu
Bu barәdә Kunduz Şәhәr Şura sәdri Mәhәmmәd Yusif Ayubi mәlumat verib.
1181255

Talibana üzv terrorçular Әfqanıstanın şimalındakı Kunduz vilayәtinin Çardere qәsәbәsinә hücum tәşkil edib. Hadisә nәticәsindә 8 tәhlükәsizlik xidmәti әmәkdaşı hәlak olub.
Bu barәdә Kunduz Şәhәr Şura sәdri Mәhәmmәd Yusif Ayubi mәlumat verib.
Mәlumata görә, Taliban üzvlәrinin qәsәbәyә tәşkil etdiyi hücumdan sonra qarşıdurma baş verib.
Mәhәmmәd Yusif Ayubi hücum nәticәsindә 8 tәhlükәsizlik xidmәti әmәkdaşının hәlak olduğunu, 12 nәfәrin dә müxtәlif dәrәcәli xәsarәtlәr aldığını söylәyib.
Talibandan verilәn mәlumatda hücum zamanı girov götürülәnlәrin dә olduğunu iddia edib.
Әlaqәli Xәbәrlәr

ÜST Liviyaya 29 ton dərman və tibbi avadanlıq çatdırıb
ÜST-nin sözçüsü Marqaret Harris Liviyadakı sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.