T.Mey: “Avropa İttifaqından çıxmağın yollarını axtaracağıq"

Tereza Mey Brexiti təxirə salmaq qərarından sonra verdiyi açıqlamada Avropa İttifaqı ilə keçən il gəldikləri razılığın İngiltərə parlamentindən yetərli səs toplayıb mümkün qədər tez bir zamanda Aİ-dən ayrılmağın yollarını axtaracaqlarını deyib.

1181218
T.Mey: “Avropa İttifaqından çıxmağın yollarını axtaracağıq"

  T.Mey bu qərarla İngiltərənin oktyabrdan əvvəl də Aİ-dan çıxmağın mümkün olduğunu bildirib və "Mayın ilk 3 həftəsində razılıq parlamentdən keçsə, Avropa Parlamentinin seçkilərində iştirakımıza gərək qalmayacaq" deyib.

  Baş nazir 11 apreldə parlamentdə razılaşma ilə bağlı hesabat verəcək.

  İngiltərədə hakim Mühafizəkarlar Partiyası və müxalif İşçi Partiyası arasında Brexit müzakirələri davam edir.

  Tereza Mey (Theresa May) aprelin 5-də Aİ Şurasının prezidenti Donald Tuska məktub göndərərək Brexitin iyunun 30-dək təxirə salınmasını istəyib.

  Aİ daha əvvəl də İngiltərənin təxirəsalma tələbini qəbul edərək Brexit müzakirələrini martın 29-dan aprelin 12-nə keçirmişdi. Ancaq İngiltərə parlamentinin Tereza Meyin Aİ ilə daha əvvəlcə gəldiyi Brexit razılaşmasını 3-cü dəfə rədd etməsinə görə proses dayanmışdı.



Әlaqәli Xәbәrlәr