Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb

Sudanda ordu dövlət televiziyası ilə ilk rəsmi xəbər agentliyi (SUNA) binalarını binalarını mühasirəyə alıb.

1181500
Sudanda ordu dövlət televiziyasının binasını mühasirəyə alıb
sudan ordu1.jpg

Sudanda ordu dövlət televiziyası ilə ilk rəsmi xəbər agentliyi (SUNA) binalarını binalarını mühasirəyə alıb.

Dövlət televiziya kanalı “Al Mayadeen” ordunun prezident Ömər əl- Bəşir və hökuməti  vəzifədən çıxardığını elan etdi.

Adlarının açıqlamasını istəməyən, orduda və hökumətdə yüksək səviyyəli postları tutan iki səhaliyyətli “Associadet Press” agentiliyinə verdikləri açıqlamada ordunun prezident Ömər əl-Bəşirə istefaya çıxması üçün təzyiq etdiyini, digər tərəfdən açıq şəkildə hakimiyyəti ələ keçirmə təşəbbüsü ilə əlaqədar şərtlərin qeyri-müəyyən olaraq qalmaqda davam etdiyini bildiriblər.

Səhaliyyətlilər ordunun hazırda Sudanda bir keçid hökuməti qurulması barədə görüşlər keçirdiyini söyləyiblər.

Digər tərəfdən zirəhli texnikanın əl-Bəşirin qardaşlarının paytaxt Xartumun şimalındakı Xartum Bahri şəhərində olan evlərini mühasirəyə aldığı bildirilib.

Evləri mühasirədə olanlar arasında müxalifət tərəfindən “ölkədəki korrupsiyanın başıçı” kimi qəbul edilən Abdullah əl-Bəşirin yer aldığı qeyd edilib.

Hakim Milli Konqres Partiyasının 100-dən artıq rəhbərinin kəşfiyyat orqanları tərəfindən həbs olunduğu bildirilib.

 Digər siyasi dustaqlar isə sərbəst buraxılıb.

 Sudan mətbuatındakı xəbərlərə görə, ordunun bu səhər dövlət televiziyası və radiosunu əhatə etməsindən sonra paytaxt Xartumdakı hava limanında uçuşlar dayandırılıb, yalnız enişlərə icazə verilir.

Küçələrdə əsgər və ordu tərkibindəki Sürətli Dəstək Qüvvələri mənsublarının yerləşdirildiyi müşahidə olunur.

 Paytaxt Xartumda prezident sarayına gedən yollar zirəhli texnikalarla bağlanıb.

 Sudan Peşə Palatalarının çağırışı ilə müxalif minlərlə sudanlı meydanlara axışıb.

 Türkiyənin Xartum Səfirliyindən bildiriblər ki, hadisələrin yaxından təqib edilir və Türkiyə vətəndaşlarının hadisələr səngiyənə qədər evlərində qalması tələb olunub.

Ölkədə 19 dekabrda çörək qiymətlərinin artırılmasından sonra Nil sahilindəki Atbera və Port Sudan şəhərlərində başlayan mitinqləri iqtisadi böhran kəskinlədirsə də qısa müddətdə paytaxt Xartum başda olmaqla ölkə daxilində rejim əleyhinə çevrildi.



Әlaqәli Xәbәrlәr