Sudanda hərbi çevriliş baş verdi

Müdafiə naziri Avad bin Avf Ali Hərbi Şurasının hakimiyyəti ələ keçirdiyinin açıqlayıb.

1181585
Sudanda hərbi çevriliş baş verdi

Müdafiə naziri Avad bin Avf Ali Hərbi Şurasının hakimiyyəti ələ keçirdiyinin açıqlayıb.

Dövlət televiziyasından dövlət çevriliş bəyannaməsini oxuyan müdafiə naziri prezident Ömər əl-Bəşirin ordunun əlində və güvəndə olduğunu elan edib.

Nazir ölkəni 2 il müddətində Hərbi Şuranın idarə edəcəyini; keçid dövründən sonra seçki keçiriləcəyini; konstitusiyanın fəaliyyətinin dayandırıldığını açıqlayıb.

Müdafiə naziri həmçinin hava məkanı və sərhəd-keçid məntəqələrinin 24 saad müddətinə bağlı qalacağını bildirərək, Baş Nazirlik, Məclis və əyalət idarələrinin də buraxıldığını söyləyib.

Ölkədə həmçinin 3 ay davam edəcək fövqəladə vəziyyət rejimi elan olunub.  

Ölkə miqyasında 1 ay müddətində saat 19.00-dan sonra komandat saatı da tətbiq ediləcək.

Aktivistlər isə Müdafiə naziri Avf əleyhinə nümayişlərin davam etdirilməsi üçün çağırış ediblər.

Ordu bu səhər dövlət televiziyası və radiosunu mühasirəyə salmışdı.

Küçələrdə əsgər və ordu tərkibindəki Sürətli Dəstək Qüvvələri mənsublarının yerləşdirildiyi müşahidə olunur.

 Paytaxt Xartumda prezident sarayına gedən yollar zirəhli texnikalarla bağlanıb.



Әlaqәli Xәbәrlәr