Yaponiya İran məsələsində ABŞ-ı təkrarlamayacaq

Yaponiyanın xarici işlər naziri Taro Kono bəyan edib ki, Yaponiya ABŞ-ı təkrar edərək, İran silahlı qüvvələrinin elit bölməsini terrorçu qruplaşma adlandırmayacaq.

1180166
Yaponiya İran məsələsində ABŞ-ı təkrarlamayacaq

  Yaponiyanın xarici işlər naziri Taro Kono bəyan edib ki, Yaponiya ABŞ-ı təkrar edərək İran silahlı qüvvələrinin elit bölməsini terrorçu qruplaşma adlandırmayacaq.

  Bu barədə T.Kono aprelin 9-da jurnalistlərə açıqlamasında bildirib.

  T.Kono bildirib ki, Yaponiya ABŞ-ın nümunəsindən istifadə etməyəcək, lakin İran regionda sabitliyə nail olmaq üçün raketlərin sınağını dayandırmalıdır. Nazir əlavə edib ki, Yaponiya İran ilə sıx əlaqələrə malikdir. “Yaponiya bu ölkənin rəhbərliyinə istənilən məsələ ilə bağlı mövqeyini çatdıra bilər və problemlərin həlli üçün danışıqlar yolu ilə əməkdaşlığı davam etdirməyə hazırdır”, - deyə T.Kono əlavə edib.

  Xatırladaq ki, aprelin 8-də ABŞ Prezidenti Donald Tramp verdiyi bəyanatda İran İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu təşkilat adlandırıb.



Әlaqәli Xәbәrlәr