Nyu-Yorkda qızılca epidemiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan olunub

Nyu-York şəhərinin meri Bill de Blazio Bruklində qızılca epidemiyasının yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

1180510

Nyu-Yorkun meri Bill de Blasio “qızılca”nın Bruklində ultra-ortodoks yəhudi icmasının yaşadığı Villiamsburg və Borou Parkda yayıldığını bildirib.

Mer qızılca epidemiyasının mümkün qədər tez aradan qaldırılmasının zəruri olduğunu vurğulayıb. Bununla əlaqədar şəhər başçısı məcburi vaksinasiya elan edib.

Vaksinasiyadan keçməkdən imtina edən rayon sakinləri  cərimələnəcəklər.

Hazırda Nyu-Yorkda 258 qızılca xəstəliyinə tutulma halı məlumdur, onlardan 21-i xəstəxanaya yerləşdirilib.

Xəstəliklərin İdarə Olunması və Müalicəsi Mərkəzinin bəyanatında qeyd olunub ki, cari ilin əvvəlindən ölkədə 465 qızılca faktı aşkar edilib.

Ötən ay isə Nyu-Yorkun Rokland rayonunda qızılca xəstəliyinə qarşı peyvəndlənməyən uşaqların məktəbə getməyi qadağan edilmişdi.

Әlaqәli Xәbәrlәr