BMT rәsmisi B. Netanyahunun İordan çayının qәrb sahili ilә bağlı açıqlamasına münasibәt bildirib

Birləşmiş Millətlər Təşkilatının baş katibinin sözçüsü Stefan Dujarik İsrail baş naziri Binyamin Netanyahunun İordan çayının qәrb sahili ilә bağlı vәdinә münasibәt bildirib.

1179662

Stefan Dujarik bildirib ki, biz inşa olunmuş bütün yaşayış mәntәqәlәrini qeyri-qanuni hesab edirik. Bu addım iki dövlәtli hәll prosesinin mümkünlüyünә zәrbә vurur.

Stefan Dujarik keçirdiyi gündәlik mәtbuat konfransında Anadolu Agentliyinin müxbirinin İsrail baş naziri Binyamin Netanyahunun seçkilәrdә qәlәbә qazanacağı tәqdirdә işğal altındakı İordan çayının qәrb sahilindә qeyri-qanuni yaşayış mәntәqәlәrini İsrail torpaqlarına daxil edәcәyi ilә bağlı sualını cavablandırıb.

‘‘Baş katibin işğal altındakı Fәlәstin torpaqları ilә bağlı mövqeyi  bir ay әvvәl dә eyni  idi, dünәn dә eyni idi vә eyni olmağa davam edәcәk. Mövqemizi açıq şәkildә ifadә etdik. BMT-nin bu mәsәlә ilә bağlı  mövqeyi  Tәhlükәsizlik Şurası vә Baş Mәclisin qәrarlarına әsaslanır. Biz inşa olunmuş bütün yaşayış mәntәqәlәrini qeyri-qanuni hesab edirik. Bu addım iki dövlәtli hәll prosesinin mümkünlüyünә zәrbә vurur’’.

Xatırladaq ki, İsrail baş naziri Binyamin Netanyahu seçkilәrdә qәlәbә qazanacağı tәqdirdә işğal altındakı İordan çayının qәrb sahilindә inşa olunmuş qeyri-qanuni yaşayış mәntәqәlәrini  İsrail torpaqlarına daxil edәcәyi ilә bağlı açıqlama vermişdi.

Әlaqәli Xәbәrlәr