BMT Liviyada müvəqqəti atəşkəs elanı üçün çağırış etdi

BMT şiddətli döyüşlərin getdiyi Liviyadakı Tripoli şəhərinin ətrafında dinc vətəndaşların təxliyyəsi üçün müvəqqəti atəşkəs elanı üçün çağırış edib.

1179338
BMT Liviyada müvəqqəti atəşkəs elanı üçün çağırış etdi

BMT şiddətli döyüşlərin getdiyi Liviyadakı Tripoli şəhərinin ətrafında dinc vətəndaşların təxliyyəsi üçün müvəqqəti atəşkəs elanı üçün çağırış edib.

Liviyadakı BMT humanitar yardım koordinatoru Maria Ribeiro verdiyi yazılı açıqlamada paytaxt Tripoli ətrafında dərinləşən gərginliyin 2 min 800-ə yaxın dinc vətəndaşın ev-eşiyindən edilməsinə səbəb olduğunu bildirib.

Ribeiro qarşıdurmalar və elektrik xətlərinin ziyan görməsi səbəbiylə təcili xidmətlərin mülki vətəndaşlara çatdırıla bilmədiyini söyləyib.

Bütün tərəflərin beynəlxalq insan hüquqlarının əsaslandığı öhdəliklər istiqamətində məktəblər, xəstəxanalar və ictimai qurumlar da daxil vətəndaşların və vətəndaş strukturların təhlükəsizliyini təmin etməsinin vacib olduğunu ifadə edən Ribeiro həmçinin vətəndaşların zərər gördüyü bütün bölgələrə "maneəsiz və davamlı humanitar yardım çatdıırılması" üçün çağırış edib.

 Ribeiro təcili xidmətlərin təhlükəsizliyi və mülki şəxslərin, o cümlədən münaqişə zonalarında yaralananların təhlükəsiz çıxarılmasını təmin etmək üçün tərəflərə atəşkəs elan olunması çağırışı da edib.

Xatırladaq ki, aprelin 4-də Xəlifə Hafter paytaxt Tripoliyə hücum əməliyyatının başlandığını elan edib. Milli Həmrəylik Hökumətinin rəhbəri Faiz Saraca tabe olan hərbi birləşmələr şəhərə cənubdan soxulmağa çalışan Xəlifə Haftar tərəfdarlarına ciddi müqavimət göstərirlər.

BMT Humanitar İşlər Koordinasiya Ofisi (OCHA) Tripolidə bəzi qarşıdurma bölgələrində vətəndaşların "çarəsiz qaldıqlarını" qeyd etmişdi.



Әlaqәli Xәbәrlәr