Banqladeşdəki təbii fəlakətlər nə qədər uşağı təhlükəyə atır?

Hesabatda sözügedən rəqəmlərə Myanmardan qaçaraq Bangladeşin dəlmə-deşik düşərgələrinə sığınan 100 minlərlə arakanlı müsəlman uşaq da daxildir.

1177856
Banqladeşdəki təbii fəlakətlər nə qədər uşağı təhlükəyə atır?

  Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fonu (UNİCEF) Banqladeşdəki iqlim dəyişikliyilə əlaqədar təbii fəlakətlərin 19 milyondan çox uşağın həyatı və gələcəyini təhlükəyə atdığını bildirdi.

  UNİCEF-in hesabatında iqlim dəyişikliyilə bağlı dağıdıcı sel, siklon və digər ekoloji fəlakətlərin təsirlərindən 19 milyondan çox uşağın həyat və gələcəklərinin risk altında olduğu yazılıb.

  Hesabatda sözügedən rəqəmlərə Myanmardan qaçaraq Bangladeşin dəlmə-deşik düşərgələrinə sığınan 100 minlərlə arakanlı müsəlman uşaq da daxildir.

  Banqladeşdə ailələr əkinəyararlı torpaqların şoranlaşması, su basqınları və ya axar su erroziyasına məruz qalması ucbatından kəndlərdən böyük şəhərlərə köç edir. Nəticədə çox sayda uşaq kiçik yaşda işləməyə, evlənməyə məcbur olur və ya bəzən fahişəlik yoluna düşür.

  BMT baş assambleyasında UNİCEF-in sözçüsü Jan Jak Simon “Associated Press”ə (AP) verdiyi açıqlamada bildirib:

  “Təxminən 12 milyon uşaq daşqın baş verən çayların ətrafında, 3 milyon uşaq isə fermer təsərrüfatlarının quraqlıqdan əziyyət çəkdiyi regionlarda yaşayır.

  Təxminən yarım milyon arakanlı müsəlman uşağın da olduğu digər 4,5 milyondan çox uşaq isə güclü siklonların vurduğu geniş sahil bölgələrindədir”.



Әlaqәli Xәbәrlәr