Tunisdə fövqəladə vəziyyət rejiminin mandatı daha bir ay uzadılıb

Tunisdə 2015-ci ilin noyabr ayından bəridir qüvvədə olan fövqəladə vəziyyət rejiminin mandatının daha bir ay uzadılması barədə qərar qəbul edilib.

1177958

Prezident Aparatının açıqlamasına görə, Milli Təhlükəsizlik Şurası prezident Beji Kaid əs-Sebsiyənin başçılığında paytaxt Tunisdəki Kartaca sarayında yığıncaq keçirib.  

Açıqlamada regional və ölkədəki təhlükəsizlik problemlərini müzakirə edən Şuranın föqəladə vəziyyət rejiminin mandatını daha bir ay uzatdığı barədə qərara yetişdiyi bildirilib.

Yığıncaqda həmçinin, qonşu Liviyadakı son vəziyyətin də müzakirə olunduğu vurğulanıb və ölkədə gərginliyin dərinləşdirilməməsi və bütün tərəflərə dialoqa əsaslanan siyasi həll tapılması üçün çağırış edilib.

Qeyd edək ki, Tunisdə 2015-ci ilin noyabr ayından bəridir qüvvədə olan fövqəladə vəziyyətin rejiminin mandatı son olaraq mart ayında bir ay üçün uzadılmışdı.

Әlaqәli Xәbәrlәr