Liviyada  fövqəladə vəziyyət elan edildi

Liviya Milli Razılaşma Hökumətinin Rəhbərlik Şurası prezidenti ölkədə fövqəladə vəziyyət elan edib. Prezidentin qərarından sonra gərginlik tarıma çəkilib.

1177470
Liviyada  fövqəladə vəziyyət elan edildi

Məlumata görə ölkənin şərqindəki bölgələrdən bəzilərinə nəzarəti ələ keçirən ordu Generalı Hafter, Tripolini ələ keçirmək üçün hücum əmri verib.

General Hafterə mənsub qüvvələrə qarşı hücumlar da  davam edir. Liviya Milli Razılaşma Hökumətinin Rəhbərlik Şurasının prezidenti Fayiz Es Serrac Hava Qüvvələri Komandirliyinə göstəriş verib ki, avia hücumlara başlasın. Bu təlimatı dinç sakinlərin həyatını qorumaq üçün verdiyini bildirib.

Daxili İşlər Nazirliyi isə yaşanacaqlardan hücumlar təşkil edən Hafter qüvvələrinin məsul olacağını bildirib.

Türkiyə də tərəflərə çağırış edib ki, 2015-ci ildə imzalanan Liviya Milli mütabiqətinə sadiq qalınsın.

Türkiyənin  Xarici  işlər  nazirliyindən   yayılan   açıqlamada  problemin dialoq yolu ilə həll edilməsinin lazım gəldiyinə diqqət çəkilib

Sülh danışıqlarına qatılmaq üçün Liviyada səfərdə olan BMT-nin Baş katibi Antonio Quterres də böhranın dialoq yolu ilə həll edilə biləcəyini vurğulayıb.

Avropa İttifaqının Liviyadakı nümayəndə heyəti isə  tərəflərdən qışqırdıcı addımlardan imtina etmələrini istəyib.

 ABŞ, Fransa, Böyük Britaniya, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin birgə bəyanatında, hərbi çevrilişə müxalif olduqları vurğulanıb və Britaniya BMT Təhlükəsizlik Şurasını mövzu ilə bağlı təcili yığıncağa dəvət edib.



Әlaqәli Xәbәrlәr