Taliban Bala Murqab bölgәsinә hücum etdi, 30 nәfәr hәlak oldu

Bu barәdә Murqab  bölgəsinin rəsmisi  Abdul Varis Şirzad mәlumat verib.

1177299
Taliban Bala Murqab bölgәsinә hücum etdi, 30 nәfәr hәlak oldu

 

 

Taliban silahlılarının  Əfqanıstanın qərbindəki Badgis vilayətinin Bala Murqab bölgәsinә  hücum etməsi nəticəsində 30 təhlükəsizlik xidmәti әmәkdaşının öldürüldüyü bildirilib.

Bu barәdә Murqab  bölgəsinin rəsmisi  Abdul Varis Şirzad mәlumat verib.

Hücum nәticәsindә 30 tәhlükәsizlik xidmәti әmәkdaşının hәlak olduğunu deyәn  Abdul Varis Şirzad çox sayda adamın da xәsarәt aldığını vә girov götürüldüyünü bildirib.

Şirzad hücum nәticәsindә Bala Murqab bölgәsinin Talibanın nәzarәtinә keçdiyini ifadә edib.

Badgiş Valiliyindәn verilәn mәlumata әsasәn, qarşıdurma zamanı tәşkilat çox sayda itki verib.

Taliban sözçüsü Zabihullah Mücahid isә hücum nәticәsindә beş polis mәntәqәsini nәzarәtlәrini keçirdiklәrini iddia edib.



Әlaqәli Xәbәrlәr