Pyer Moscovici "Brexit"ə hazırlıqla bağlı mətbuat konfransı keçirdi
Avropa Komissiyasının iqtisadi və maliyyə işləri üzrə komissarı Pyer Moscovici (Pierre Moscovici) Böyük Britaniyanın aprelin 12-də Avropa İttifaqından müqaviləsiz ayrılma riskinin artdığı bir vəziyyətlə üzləşdiklərini söylədi.

Avropa Komissiyasının iqtisadi və maliyyə işləri üzrə komissarı Pyer Moscovici (Pierre Moscovici) Böyük Britaniyanın aprelin 12-də Avropa İttifaqından müqaviləsiz ayrılma riskinin artdığı bir vəziyyətlə üzləşdiklərini söylədi.
Moscoviçi Belçikanın paytaxtı Brüsseldə gömrüklərin "Brexit"ə hazırlığı ilə bağlı mətbuat konfransı keçirdi.
Böyük Britaniyanın Aİ-dən ayrılma qərarına görə kədərləndiyini bildirən Moscovici: "Nizamlı bir ayrılmanın təmin olinması üçün çox səy göstərdik. Lakin hər ehtimala qarşı hazırlıqlarımızı bitirdik. Aprelin 12-də müqaviləsiz ayrılma riskinin artdığı bir vəziyyətlə üzləşmişik" deyə danışdı.
Moscovici Britaniyanın Aİ-dən müqaviləsiz ayrılmasının gömrüklərə əhəmiyyətli dərəcədə təsir göstərəcəyinə diqqət çəkərək: "Əgər müqaviləsiz ayrılma olsa, Böyük Britaniya bir gündə Aİ üçün 3-cü ölkə mövqeyinə düşəcək. Bu mühüm bir dəyişiklikdir. Bu vəziyyətin Aİ və Böyük Britaniyanın gömrük və fiskal sahələrinə əhəmiyyətli təsirləri olacaq" ifadəsini işlətdi.
Vətəndaşların səyahətlərində daşıdıqları çamadanlarının də gömrük nəzarətinə tabe olacağını xatırladan Moscovici sərnişinlərin Aİ qanunvericiliyinə uyğun davranmasının vacibliyini xatırlatdı.
Böyük Britaniyanın Avropa İttifaqı ilə gəldiyi razılığa görə, martın 29-da baş tutamalı olan "Brexit" 12 aprel tarixinə keçirilmişdi.
Böyük Britaniya ayrıma prosedurunun bir müddət də təxirə salınmasını tələb edir.
Avropa İttifaqının üzv ölkələrinin liderləri aprelin 10-da Brüsseldə "Brexit" üzrə zirvə toplantısı keçirəcəklər.
Әlaqәli Xәbәrlәr

Polşanın Ukraynaya silah vetosu
Polşa prezidenti Andjey Duda PAP xəbər agentliyinə verdiyi açıqlama verib.