Nissan şirkətinin Baş direktoru yenidən tutuldu

Yapon avtomobil şirkəti "Nissan"-ın keçmiş Baş direktoru Carlos Ghosn yenidən saxlanıb. O bir ay əvvəl pul zəmanətiylə sərbəst buraxılmışdı.

1176899
Nissan şirkətinin Baş direktoru yenidən tutuldu

Məlumata görə, Tokio prokurorları iddia ediblər ki Ghosn vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Həmçinin Nissan şirkətinə 5 milyon dollar zərər verməkdə ittiham edilir. Ghosn isə yenidən həbs edilməsinin siyasi qərar olduğunu irəli sürüb. Xatırladaq ki, korrupsiya cinayətinə görə 19 noyabr 2018-ci ildə həbs edilən avtomobil şirkəti Nissanın Baş direktoru Carlos Ghosn 108 gün həbsdə qaldıqdan sonra keçən ayın əvvəlində zəmanət qarşılığında sərbəst buraxılmışdı.

Ghosn Nissan şirkətində 20 il Baş direktör postunda olub. 1990-cı illərdə müflüs olma təhlükəsi ilə qarşı-qarşıya gələn şirkətin iqtisadi vəziyyətini yenidən dirçəldərək  böyük  uğurlara  imza  atdı.



Әlaqәli Xәbәrlәr