Məscidlərə hücum edən terrorçu 50 cinayətə görə mühakimə oluncaq

Yeni Zelandiyanın Kraystçörç (Christchurch)  şəhərindəki Nur və Linvud (Linwood) məscidlərində 50 nəfəri qətlə yetirən, 50 nəfəri də yaralayan terrorçu Brenton Tarrantın 50 müxtəlif cinayətə və 39 cinayətə təşəbbüsə görə mühakimə olunacağı bildirildi.

1176883
Məscidlərə hücum edən terrorçu 50 cinayətə görə mühakimə oluncaq

Yeni Zelandiyanın Kraystçörç (Christchurch)  şəhərindəki Nur və Linvud (Linwood) məscidlərində 50 nəfəri qətlə yetirən, 50 nəfəri də yaralayan terrorçu Brenton Tarrantın 50 müxtəlif cinayətə və 39 dəfə də cinayətə təşəbbüsə görə mühakimə olunacağı bildirildi.
 
 Yeni Zelandiya polisindən verilən yazılı məlumatda 5 aprel, cümə günü Kraystçörç (Christchurch) Ali Məhkəməsində keçirilməsi gözlənilən iclasda terror hücumuna görə həbs olunan şəxsin, 50 cinayət və 39 qətl cəhdinə görə təqsirləndiriləcəyi bildirilir.
 
 Ölkənin ən yüksək səviyyəli qorunması olan Oklend (Auckland) həbsxanasındakı bir nəfərlik kamerada saxlanılan terrorçu Brenton Tarrantın sabahkı iclasda kamera bağlantısı ilə iştirakı gözlənilir.
 
 Digər tərəfdən, məhkəmə prosesi zamanı media nümayəndələri məhkəmə zalına girə biləcəklər. Lakin 12 media orqanının səs, görüntü və fotoşəkil çəkilməsi ilə bağlı müraciəti məhkəmə hakimi tərəfindən rədd edilib.
 
 Bir daha xatırladaq ki, Yeni Zelandiyanın  Kraystçörç (Christchurch)  şəhərindəki  Nur və Linvud (Linwood) məscidlərinə 15 mart, cümə günü keçirilən terror hücumunda aralarında qadın və uşaqların da olduğu 50 nəfər həlak olub, 50 nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr