Bruneydə İslam hüququ qüvvəyə minib

Cənub-Şərqi Asiyada yerləşən Bruneydə İslam hüququ qüvvəyə minib.

1176773
Bruneydə İslam hüququ qüvvəyə minib

Cənub-Şərqi Asiyada yerləşən Bruneydə İslam hüququ qüvvəyə minib.

Bruney Baş Nazirliyinin mövzuya dair açıqlamasında 2013-cü il tarixli İslam Cinayət Hüququ Qanununun 3 aprel 2019-cu il tarixindən etibarən tamamilə qüvvəyə mindiyi, ölkədə ikili hüquq sistemi tətbiqinin davam edəcəyi bildirilib.

Açıqlamada qeyd olunub ki, Bruney-Darüssalam suveren və tamamilə müstəqil bir İslam ölkəsidir. Bütün digər müstəqil ölkələr kimi öz qanunlarını tətbiq edir. Bruney Sultanlığı daimi olaraq biri İslam hüqununa, diğəri Anqlosaks hüququna əsaslı ikili qanuni sistem tətbiq etmişdir.

İkili qanunu sistemin sülh və nizamın davam etdirilməsi, cinsiyyəti, milliyəti, irqi, inancı nə olarsa olsun fərdləri, ailəni, həyatı və dini qorumaq üçün mövcudluğunu davam etdiricəyinə işarə edilən açıqlamada İslam hüququnun İslamın doktrinasına zidd rəftarlardan yayındırma və cəzalandırma ilə yanaşı fərdlərin qanuni hüquqlarını qorumağı məqsəd götürdüyü vurğulanıb.

Qeyd edək ki, Bruney Sultanlığında İslam Cəza Hüququ Qanunuun ilk üç mərhələsi 2014-cü ildə qüvvəyə minmişdi.

Sultanlığın yarım milyona yaxınlaşan əhalisinin üçdə iki hissəsini müsəlmanlar təşkil edir.


Etiketlәr: #İslam hüququ , #Bruney

Әlaqәli Xәbәrlәr