Qlobal səviyyədə ən ağır aclıq vəziyyətində olan ölkələr

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Qurumu tərəfindən dərc olunan “2019 qlobal ərzaq böhranı hesabatı”na görə...

1175718
Qlobal səviyyədə ən ağır aclıq vəziyyətində olan ölkələr

  Birləşmiş Millətlər Təşkilatı, başda Yəmən, Konqo Demokratik Respublikası və Əfqanıstan olmaqla, qlobal səviyyədə 113 milyon insanın hədsiz aclıq çəkdiyini bildirib.

  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Qurumu tərəfindən dərc olunan “2019 qlobal ərzaq böhranı hesabatı”na görə, ötən il aclıq təhlükəsilə qarşı-qarşıya qalan ölkələr arasında Yəmən, Konqo Demokratik Respublikası, Əfqanıstan, Efiopiya, Sudan, Cənubi Sudan, Nigeriya və Suriya ilk sıralarda yer alır. Bu 8 ölkədə təxminən 72 milyon insanın hədsiz dərədcədə aclıq çəkdiyi bildirilib, buna müharibələr, iqtisadi böhran, iqlim dəyişikliyinə bağlı təbii fəlakətlər və təhlükəsizliyin təmin olunmaması əsas səbəblər olaraq göstərilib.

  Dünya üzrə 53 ölkədə ümumilikdə 113 milyon insanın ərzaqa təcili ehtiyacı var. Bu rəqəm 2017-ci ildə 124 milyon idi.

  2018-ci ildə qlobal səviyyədə ən ağır aclıq vəziyyətində olanların 15,9 milyonu Yəmən, 13,1 milyonu Konqo Demokratik Respublikası və 10,6 milyon Əfqanıstanın payına düşür.

  Hesabatda o da bildirilib ki, "Uşaqların qidalanmasında müşahidə edilən kəskin və xroniki çatışmazlıq dərin narahatlıq mənbəyi olaraq qalır".



Әlaqәli Xәbәrlәr