Venesuelada siyasi gərginlik davam edir

Tarixində ən ciddi siyasi böhrana səhnə olan Venesuelada hökumət və müxalifət etiraz nümayişlərini davam etdirirlər.

1175177
Venesuelada siyasi gərginlik davam edir

6 Apreldə müxalifət ilə yanaşı prezident Nikolas Maduro tərəfdaşları küçələrə axışaraq aksiyası keçirəcəklər.

Venesuela Qurucu Məclisin sədri və iqtidardakı Venezuela Birləşmiş Sosialist Partiyasının sədr müavini Diosdado Cabello paytaxt Karakasda mətbuata açıqlamasında 6 Apreldə ölkə ərazilərində imperializmin əməliyyatına qarşı aksiya keçirəcəklərini açıqlayıb.

Venezuela Birləşmiş Sosialist Partiyasının Dövlət Başçısı Maduronun atdığı addımlara dəstəyinin davam etdiyini ifadə edən Cabello 6 Apreldə "imperializm qarşısında suverenliyin qorunması" üçün ölkənin bütün ərazilərində küçələrə axışacaqlarını qeyd edib.

Paytaxt Karakasda bir çox bölgədə elektriyin kəsilməsindən etiraz məqsədiylə təşkil edilən aksiyalara da toxunan Cabello, bəzi məhəllələrdə nümayişlərə qatılan aksiyaçıların çoxunun başqa bölgələrdən gəldiyinə diqqət çəkib.

Qeyd edək ki, özünü müvəqqəti dövlət başçısı elan edən Milli Məclis sədri Juan Quayido da tərəfdaşlarını 6 Apreldə keçirilməsi planlaşdırılan aksiyalara qatılmağa çağırıb.



Әlaqәli Xәbәrlәr